1xeber.media xəbər verir ki, “Financial Times” avqustun 15-də yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski və onun yaxın ətrafı Alyaskada keçiriləcək Rusiya-ABŞ sammiti ərəfəsində gərgin vəziyyətdədir.
Qəzet yazır ki, “Vladimir Zelenskinin və onun yaxın ətrafının əhval-ruhiyyəsi 5 min mildən çox məsafədə keçirilən sammit zamanı “gərgin”dir”.
Ukrayna rəsmiləri də qəzetə Kiyev nümayəndələrinin Alyaskada keçiriləcək sammitdə iştirak etməməsindən narahat olduqlarını bildiriblər.