1xeber.media xəbər verir ki, Financial Times (FT) sentyabrın 4-də yazır ki, ABŞ Rusiya ilə həmsərhəd olan Avropa ölkələri üçün təhlükəsizlik üzrə yardım proqramlarını dayandıracaq.
“Pentaqon rəsmiləri keçən həftə avropalı diplomatlara məlumat verdilər ki, Birləşmiş Ştatlar Şərqi Avropa ölkələrində qoşunların hazırlanması və silahlandırılması proqramlarını artıq maliyyələşdirməyəcək”, - məqalədə deyilir.
Qərarın Rusiya ilə həmsərhəd ölkələrə ayrılan yüz milyonlarla dollar yardıma təsir edəcəyi gözlənilir.