Pekində Rusiya və Şimali Koreya liderləri, Vladimir Putin və Kim Çen İn arasında keçirilən son görüş gözlənilməz insidentlə başlayıb. Belə ki, hər iki tərəfin xüsusi xidmət əməkdaşları tədbirdən əvvəl kondisionerin pultuna görə mübahisəyə başlayıblar.
Şimali Koreya mühafizəçisi divarda yerləşən pultu ələ keçirərək temperaturu +23°C-yə qaldırıb. Rusiyalı həmkarı isə buna etiraz edərək, rus dilində +20°C tələb edib.
Bundan sonra tərəflər arasında “düymə savaşı” başlayıb. Onlar bir müddət bir-birlərinin barmaqlarını pultdan ayırmağa çalışıblar. Nəhayət, mühafizəçilərdən biri ani hərəkətlə məsələni öz xeyrinə həll edib.
Globalinfo.az