1xeber.media xəbər verir ki, Braziliyada qapıçı Antonio Edson dos Santos Souza mini-futbol matçı zamanı sinəsi ilə vurulan penalti zərbəsini dəf etdikdən qısa müddət sonra dünyasını dəyişib.
Faciə ölkənin şimal-şərqindəki Para əyalətinin Auqusto Korrea bələdiyyəsində həvəskarlar turnirində oyun zamanı baş verib.
“Qapıçı sağ küncə tullanaraq zərbəni dəf etdi, lakin komanda yoldaşlarına doğru gedərkən yıxıldı”, - deyə kanal məlumat yayıb.