2025-ci ilin yanvar ayından iyun ayına qədər təxminən 250 min şəxs Ukraynanı tərk edib.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, ötən ilin analoji dövründə 400 min şəxs Ukraynanı tərk edib.
2025-ci il sentyabr ayına olan məlumata görə, ümumilikdə 5,7 milyon ukraynalı ölkə xaricində yaşayır. Onların əksəriyyəti Almaniya, Polşa və Çex Respublikasında məskunlaşıb.