Pekində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar yerli vaxtla gecə saat ikiyə qədər davam edib.
1xeber.media xəbər verir ki, bunu Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont deyib.
“İki ölkənin liderləri tez-tez görüşür. Bu yaxınlarda, avqustun əvvəlində Rusiya və Belarus prezidentləri Valaamda görüş keçirdilər. Fikrimcə, hamı başa düşür ki, Lukaşenko və Putinin istənilən şəraitdə danışacaqları bir şey var”, - Eysmont bildirib.