İndoneziyanın paytaxtı Cakartada baş verən güclü yanğın 300-dən çox yaşayış binasını məhv edib, təxminən 1200 nəfər evsiz qalıb.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 29-da “Jakarta Globe” nəşri məlumat yayıb.
"Bazar günü səhər saatlarında Qərbi Cakartanın sıx məskunlaşdığı ərazidə güclü yanğın baş verib", - qəzet yazır.
Yanğın 10 min kvadratmetrdən çox ərazini əhatə edib. Yanğınsöndürənlər ölənlərin olmadığını bildirsələr də, bir neçə nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.