Son 40-45 ildə Azərbaycanın şirin su ehtiyatları 25 % azalıb.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, 1980-ci illərdən bəri Xəzər dənizinin səviyyəsi iki metrə yaxın aşağı düşüb, Kür çayının suyu isə oxşar həcmdə azalıb. Bunlar, bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutlarıdır. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilər hələ də yüksəkdir, əhalinin yalnız üçdə biri müasir tullantı su xidmətlərinə çıxış əldə edir".