UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb..
1xeber.media xəbər verir ki, Avropanın ən güclü klub turnirində qitənin 36 komandası yarışır.
“Qarabağ” hazırda turnir cədvəlində dördüncü yerdir.
Qurban Qurbanovun komandası bundan əvvəl Lissabonda “Benfika”üzərində 3:2 hesablı qələbə qazanıb.