ABŞ-ın vitse-prezidenti J.D.Vens hökumətin bağlanmasında Demokrat Partiyasını günahlandırıb.
1xeber.media xəbər verir ki, O, bu barədə Fox News telekanalında açıqlama verib. "Senat Demokratlarının sol qanadı hökuməti bağladı, çünki biz onlara qeyri-qanuni immiqrantlar üçün yüz milyardlarla dollarlıq sağlamlıq müavinətləri verməkdən imtina etdik" dedi. Bundan əvvəl Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Araşdırmaları İnstitutunun baş elmi işçisi Vladimir Batyuk bəyan etmişdi ki, federal hökumətin fəaliyyətinin dayandırılması ABŞ prezidenti Donald Trampı Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çalışmaqdan yayındıracaq.