ABŞ Prezidenti Donald Trampın növbəti doğum günündə, yəni 2026-cı il iyulun 14-də Ağ Evdə UFC döyüşü keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Döyüşün məhz Trampın 80-ci doğum günündə təşkil edildiyi bildirilir. Məlumata görə, o, tez-tez UFC qarşılaşmalarında iştirak edir.
Ağ Evin həyətində baş tutacaq döyüşdən sonra sadəcə ot örtüyünü bərpa etmək üçün 700 min dollar sərf ediləcəyi deyilir.