Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
1xeber.media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyət, həmçinin ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında normallaşma planı müzakirə edilib.
Bundan əlavə, İranın nüvə proqramı ilə bağlı da məsələlələr gündəmə gətirilib.