Naxçıvanda məşhur “Batabat” İstirahət Mərkəzində aparılan yoxlamalar zamanı pozuntular aşkarlanıb.
1xeber.media “Qaynarinfo”ya istinadən xəbər verir ki, Böyükxanım Mirzə qızı Möhbəliyevanın rəhbəri olduğu “Batabat Restoranı” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) operativ vergi nəzarəti həyata keçirib.
Restoranda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə operativ vergi nəzarəti nəticələri haqqında akta əsasən, 8000 manat maliyyə sanksiyası tətbiq edilib.
Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akta əsasən, 1000 manat maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edək ki, “Batabat Restoranı” MMC-nin hazırda Naxçıvan 3 saylı Ərazi Vergilər İdarəsinə 19 802.2 AZN vergi borcu var.
Xatırladaq ki, sözügedən restoran Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. “Batabat Restoranı” MMC-nin ilk rəhbəri də sabiq sədrin yaxın qohumu Talıbov Abbas Fərəc oğlu idi.