Ağdam sakinləri ölkə prezidentinə müraciət ünvanlayıblar.
1xeber.media sözügedən müraciəti olduğu kimi təqdim edir:
"Müzəffər Ali Baş komandan,möhtərəm cənab İlham Əliyev, Ağdam rayonunun Çullu kənd sakinləri olaraq öz doğma kəndimizin ərazisindən
Sizə müraciət edirik.
Əvvəlcə torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyiniz şanlı tarixi xidmətə görə Sizə dərin minnətdarlığımızı bildirir, Şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə,döyüşçülərimizə sağlam həyat arzulayırıq. Əmin olun ki, hər zaman Sizi dəstəkləmişik və bundan sonra da belə olacaq.
Möhtərəm cənab Prezident, Sizə müraciət etməyimizin səbəbi rayonumuzun icra başçısı Vaqif Həsənovun kəndimizin tarixini silmək
üçün atdığı addımlardır. O, buna var gücü ilə çalşır.
Bu gün Sizin sayənizdə bütün Qarabağda sürətli qurucluluq işləri gedir,insanların öz doğma ata-baba yurdlarına qayıdışı təmin edilir. Ancaq təsərrüfat sayı çox olmasına baxmayaraq bizim kəndi başqa kəndə birləşdirmək, sakinlərimizi parçalamaqla Çullu adlı kəndi tarixdən silirlər. Dəfələrlə rayon icra hakimiyyətinin başçısına,qaçqınkoma müraciət etəsək də,onlar ən azından bizim səsimizi, qanuni haqqımızı Sizə çatdırmayıblar.İcra başçısı Vaqif Həsənov müxtəlif yollarla kənd sakinlərinə təzyiq göstərir ki, haqlı tələblərimizdən, öz doğma kəndimizə qayıtmaq istəyimizdən əl çəkək. Axı bizim kəndin qədim tarixi var,axı biz 30 il həsrətlə,min bir əziyyət çəkməklə bu günü gözləmişik.Ancaq indi bizə süni manelər tördədilir.İcra başçısı özünə və yaxınlarına məxsus fermer təsərüfatlarını bizim kəndin ərazisinə,oranın munbit torpaqlarına yerləşdirib milyonlar qazancaq deyə, biz ata yurdumuzdan növbəti dəfə didərgin salınmalıyıq?
Möhtərəm cənab Prezident,biz dövlətimizdən bizə ev tikməsini istəmirik. Biz dövlətimizə kömək məqsədi ilə öz kəndimizdə evlərimizi verilən layihəyə uyğun olaraq özümüz tikəcəyik. Yetər ki, oraya qayıdışımıza icazə verilsin, suni manelər yaradılmasın."
7NEWS.az

















