1xeber.media xəbər verir ki, Tramp bloklanmış Rusiya aktivlərini açmağa cəhd edə bilər.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın əvvəllər bloklanmış aktivlərini aça bilər, həmçinin ABŞ-dan Ukraynaya yardımı azalda bilər. Bu barədə dekabrın 11-də New York Times qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp anti-Rusiya sanksiyalarını da ləğv edə bilər. Məqalə müəlliflərinin fikrincə, bu qərar ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən Ukraynaya ayrılan kreditin şərtlərinin dəyişdirilməsini nəzərdə tutur.Bununla belə, bu, təsdiqlənmiş 20 milyard dollarlıq kreditin Avropa hissəsinə təsir etməyəcək.