Avtomobil almaq istədi, cibindəki pulundan da oldu...
1xeber.media Xezerxeber.az-a istinadən xəbər verir ki, maşın almaq üçün sənədləşmə prosesi zamanı salondakı şəxslərdən birini ödəniş edən şikayətçi pulunun oğurlandığını deyir.
Hadisə paytaxtın Xətai rayonu, Babək prospekti ərazisindəki avtomobil salonlarından birindən özünə maşın almaq istəyən Rəşad Bayramovun başına gəlib.
Rəşad Bayramov iddia edir ki, avtomobili almaq üçün özünü mağazanın işçisi kimi təqdim edən kadrlardaki bu şəxsə elə salonda 5500 manat pul verib.
Qısa müddət sonra isə həmin şəxsin pulu götürərək yoxa çıxdığı məlum olub.
Ətraflı videoda: