Martın 5-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Şilyan kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
1xeber.media xəbər verir ki,qəbuldan sonra icra başçısı E.Zülfüqarov adına Şilyan kənd tam orta ümumtəhsil məktəbinə baxış keçirmiş, daha sonra Vətən müharibəsi əlili Mahmudov Vüsal Sahib oğlunu ziyarət etmişdir.



























