Yanvarın 8-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Çöhranlı kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
1xeber.media xəbər verir ki,qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli bir qrup şəhid ailələrini ziyarət edib.


























