Dekabrın 15-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Böyük Kəngərli kənd sakinləri ilə keçirib.
1xeber.media xəbər verir ki.qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Səyyar qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli şəhid ailələrini və şəhid məzarlarını ziyarət etmiş, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 19-cu km-də yerləşən Girdiman çayı üzərindən keçən körpüyə baxış keçirmişdir.
























