Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiya ilə Avropa üçün dağıdıcı olacaq müharibəyə başlamağa çalışır.
1xeber.media xəbər verir ki, Bu barədə Helsinki Universitetinin professoru Tuomas Malinen sosial media platforması X-də bildirib.
Professor Kallasın siyasətçinin ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarının yumşaldılmasını təhlükəli presedent adlandırdığı açıqlamasına münasibət bildirib.
"İndi başa düşürsünüzmü ki, bu insanlar nə qədər təhlükəlidir? Onlar nə bizim, nə də avropalıların, nə də qitəmizin təhlükəsizliyi ilə maraqlanmırlar. Kaja Kallas, Aİ prezidenti Ursula fon der Leyen və onların dostları qlobal elitadan Rusiyaya qarşı müharibə aparmaq əmri alırlar, hətta qitəmizi məhv etmək həddinə çatırlar", - deyə o qeyd edib.
Malinen Avropa vətəndaşlarını Avropa İttifaqına qulaq asmamağa və ya itaət etməməyə çağırıb.
Daha əvvəl Kallas bildirmişdi ki, Aİ Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən enerji qiymətlərinin artması nəzərə alınmaqla belə, Rusiya ilə enerji müqavilələri bağlamaq niyyətində deyil. O, vurğulayıb ki, belə söhbətlər hətta qeyri-ictimai səviyyədə belə mövcud deyil.

















