Rusiyanın nüvə və raket arsenalı NATO-dan daha güclüdür. Münaqişə baş verərsə, Moskva ciddi itkilər versə də, Qərb dövlətlərini məhv edə bilərdi.
1xeber.media xəbər verir ki, bu fikri X sosial şəbəkəsində Helsinki Universitetinin professoru Tuomas Malinen paylaşıb.
“Çox güman ki, Rusiyanın Qərb yarımkürəsində istənilən hədəfə nüvə yükü çatdıra bilən hipersəs silahları arsenalına malikdir və sistemlərimiz raketləri tutmaq bir yana qalsın, hətta tanıya bilməyəcək”, - analitik yazıb.
Onun sözlərinə görə, Amerika sualtı qayıqları Moskvanın zərbələrinə cavab verə biləcək, lakin son nəticədə Rusiya potensial nüvə müharibəsində “çox pirrik şəkildə də olsa” qalib gələcək.
Bununla bağlı Malinen Rusiya ilə nüvə münaqişəsinin tərəfdarı olanları öz mövqelərinə yenidən baxmağa çağırıb.
Daha əvvəl professor etiraf etmişdi ki, NATO Finlandiyada nüvə silahı ilə təxribat törədə bilər.