İran BAEA-ya “Buşəhr” AES-ə yeni hücum barədə məlumat verib.
“İran bu gün daha bir raketin “Buşəhr” AES-in meydançasına zərbə endirdiyi barədə Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) məlumatlandırıb. İranın verdiyi məlumata görə, stansiyaya və onun heyətinə ziyan dəyməyib, AES-in vəziyyəti normaldır”
1xeber.media xəbər verir ki,bu barədə BAEA-nın “X” sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Agentliyin baş direktoru Rafael Qrossi əlavə edib ki, münaqişə zamanı nüvə təhlükəsizliyi risklərindən qaçmaq üçün maksimum təmkin nümayiş etdirmək zəruridir.

















