İran atəşkəsdən imtina edib.
1xeber.media xəbər verir ki,İranın hökumətyönlü KİV-ləri məlumatlı mənbəyə istinadən Vaşinqtonun növbəti diplomatik təşəbbüsünün uğursuzluğa düçar olduğunu bildirib.
Fars agentliyi və dövlət televiziyasının məlumatına görə, 1 aprel tarixində ABŞ vasitəçi ölkə üzərindən Tehrana 48 saatlıq atəşkəs rejimi təklifi göndərib.
Tehranda hesab edirlər ki, bu təklif “İranın hərbi potensialının yanlış qiymətləndirilməsi” və eskalasiyadan sonra ABŞ qüvvələrinin regionda üzləşdiyi ciddi problemlərlə bağlıdır. İran yazılı və ya diplomatik cavab verməkdən imtina edib. Bunun əvəzinə “cavab döyüş meydanında verilib” - ABŞ obyektlərinə zərbələr davam etdirilib və gücləndirilib.
Mənbələr vurğulayır ki, ABŞ diplomatiyasının fəallığı Küveytdəki Bubiyan adasında yerləşən ABŞ hərbi anbarına uğurlu zərbədən sonra kəskin artıb.
Rəsmi Tehran Vaşinqtonun şərtləri ilə müvəqqəti güzəştlərə getmək niyyətində olmadığını göstərir və regionda öz strateji maraqlarının nəzərə alınmasını, həmçinin aqressiyanın tam dayandırılmasını tələb edir.

















