ABŞ-da Lake Pontchartrain Causeway körpüsündə 40 avtomobilin iştirakı ilə 6 qəza baş verib.
Hadisə zamanı 33 nəfər xəsarət alıb.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 17-də Fox8live telekanalı məlumat yayıb.
Qəzanın elə həmin gün havanın dumanlı olması səbəbindən baş verdiyi və bunun körpüdə hərəkətin bağlanmasına səbəb olduğu dəqiqləşir.
"Yeni Orleandakı Milli Meteoroloji Xidmət, körpü də daxil olmaqla gölün bəzi hissələrində görmə qabiliyyətinin bir mildən də az azaldığını bildirir" dedi.Qəzalar nəticəsində 33 nəfər xəstəxanaya yerləşdirilib, yanğın nəticəsində bəzi avtomobillərə ziyan dəyib.