Rusiya ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün istənilən təklifi nəzərdən keçirməyə hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 18-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib.
“Əlbəttə ki, biz bu mövzuda, eləcə də, heç olmasa, Moskva və Vaşinqton arasında münasibətlərin nisbi normallaşmasının zəruriliyi ilə bağlı digər mövzular üzrə istənilən müraciəti nəzərdən keçirəcəyik”, - diplomat bildirib.
Bununla belə, o, bu məsələnin “nə bu günün, nə də sabahın” olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin qurulması ilə bağlı heç bir anlaşma yoxdur. Bundan əlavə, Amerikanın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloqun niyyətləri məlum deyil.