Durov fransızları “daha da fəlakətli” məlumat sızmaları ilə bağlı xəbərdar edib.
1xeber.media xəbər verir ki, Fransanın “Sənədlərin Mühafizəsi Agentliyi” kibermüdaxiləyə məruz qalıb - 19 milyon insanın adı, ünvanı, elektron poçt məlumatları və telefon nömrələri sızdırılıb.
Durovun sözlərinə görə, Fransa hökuməti istədiyini əldə etsə - yəni şifrələnmiş çatlara və sosial şəbəkə istifadəçilərinin rəqəmsal identifikatorlarına çıxış qazansa - gələcək sızmalar daha da genişmiqyaslı olacaq.

















