Omandan on beş dəniz mili şimal-şərqdə yerləşən konteyner gəmisinin kapitanı, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bir qayığının gəmiyə yaxınlaşaraq atəş açdığını və ciddi ziyan vurduğunu bildirib.
1xeber.media xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Qeyd olunur ki, gəmidə yanğın hadisəsi qeydə alınmayıb. Bütün heyət üzvləri təhlükəsiz yerdədir.

















