1xeber.media xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri komandanı Əlirza Tənqsiri sosial mediada bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri "Selen" konteyner gəmisinin Hörmüz boğazından keçməsinin qarşısını alıb.
"Selen" konteyner gəmisini qanuni protokollara əməl edilməməsi və Hörmüz boğazından keçmək üçün icazənin olmaması səbəbindən geri qaytarıb", - deyə zabit bildirib və hər hansı bir gəminin keçidinin Tehranla əlaqələndirilməsini tələb etdiyini vurğulayıb.
Bloomberg daha əvvəl İranın bəzi kommersiya gəmilərindən Hörmüz boğazından təhlükəsiz keçid üçün ödəniş almağa başladığını bildirmişdi. Bəzi gəmilər gəmiçilik zolağından keçmək üçün hər səfər üçün 2 milyon dollara qədər pul ödəyirlər. Ödənişlər hər bir hal üçün ayrıca toplanır və qeyri-rəsmi xarakter daşıyır.















