Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına dövlət üçün konstitusiya yaratmağa və “ölkəni dirçəltməyə” kömək edəcək.
1xeber.media xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz yeni konstitusiyanın yaradılmasına və Suriyanın dirçəldilməsinə kömək etmək üçün Heyət Təhrir Əl-Şam qrupunun (HTS, terrorçu kimi tanınan və Rusiyada qadağan olunmuş) lideri Əbu Məhəmməd əl-Culani ilə əlaqə saxlayırıq”, - deyə siyasətçi qeyd edib.Ərdoğan əlavə edib ki, “yeni Suriya”nın yaranması ilə əhali öz gələcəklərini müəyyən etməlidir və Türkiyə “onlara hökumət qurmağa kömək etməyə çalışacaq”.