Kreml Slovakiyanın baş naziri Robert Fikonun Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edə biləcəyini nə təsdiq, nə də təkzib edib.
1xeber.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələdə səbirli olmağa çağırıb.
Peskov əmin edib ki, Kreml Fikonun həqiqətən də bazar ertəsi, dekabrın 23-də Rusiya paytaxtına səfər edə biləcəyini vaxtında şərh edəcək.