2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan avtomobillərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma qeydə alınıb.
1xeber.media-nın məlumatına görə, rəsmi statistikaya əsasən, bu ilin ilk dörd ayı ərzində ölkəyə cəmi 21.120 ədəd avtomobil gətirilib.
Xüsusilə minik avtomobillərinin idxalındakı azalma diqqət çəkir. Belə ki, 2025-ci ilin ilk 4 ayında ölkəyə 30.824 minik avtomobili idxal edildiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 18.287-yə düşüb. Bu isə minik avtomobillərinin idxalında 12.537 ədəd, yəni 40,7% kəskin azalma deməkdir.
Daha ətraflı “Baku TV”nin materialında:















