Avstraliyanın Kvinslend əyalətindəki Forrest çimərliyinə sirli kürəciklər — boruları olan böyük boz cisimlər — gəlib.
1xeber.media xəbər verir ki, hakimiyyət orqanları onları "potensial təhlükəli" hesab edib və 50 metrlik təcrid zonası ilə əhatəyə alıb.
Həftəsonu obyektlərdən ən azı dördü aşkar edilib. Mütəxəssislər kürəcikləri analiz üçün tez bir zamanda müsadirə ediblər, lakin onların mənşəyi sirr olaraq qalır. Yanğınsöndürənlər çimərliyə gələnləri şübhəli əşyalardan uzaq durmağa və dərhal təcili yardım xidmətlərinə zəng etməyə çağırıblar, çünki mütəxəssislər obyektlərin zəhərli və ya partlayıcı ola biləcəyini deyirlər.
Sosial media istifadəçiləri zəhərli hidrazin ehtiva edən peyk yanacaq çənlərindən tutmuş narkotik qaçaqmalçılığı konteynerlərinə və ya kommersiya balıqçılıq alətlərinə qədər bir neçə nəzəriyyə irəli sürüblər. Rəsmilər hələlik heç bir nəzəriyyəni təsdiqləməyiblər.
















