“Qəbələ”nin futbolçuları rayondakı çaylardan birində istirahət ediblər.
1xeber.media xəbər verir ki, bununla bağlı klubun rəsmi səhifəsi fotolar paylaşıb.
Belə ki, onlar təlim-məşq toplanışından sonra çaya giriblər.
Paylaşıma isə bu sözlər yazılıb: “İsti hava, gərgin məşq və ardından çayın sərinliyi...Bərpanın ən təbii yolu”.
Bu paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Qəbələ Misli Premyer Liqasının 2025-2026 mövsümünü 11-ci yerdə başa vurub.
Sözügedən fotoları təqdim edirik:






















