ABŞ-nin G20-yə sədrliyinin rəsmi saytında 14-15 dekabr 2026-cı il tarixlərində Mayamidə keçiriləcək sammitdə iştirak etmək üçün dəvət olunmuş ölkələrin siyahısı dərc edilib.
1xeber.media xəbər verir ki, Azərbaycan da dəvət olunanlar arasındadır.
G20 ("İyirmilik Qrupu") dünyanın aparıcı iqtisadiyyatlarını birləşdirən qlobal iqtisadi əməkdaşlıq üçün əsas platformadır.
Daimi üzvlər: Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi, eləcə də Afrika Birliyi.
Dəvət olunmuş ölkələr: Azərbaycan, Qazaxıstan, Özbəkistan, Finlandiya, İrlandiya, Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri.
G20 sammitləri əsas üzvlərin və dəvət olunmuş tərəfdaşların iştirakı ilə qlobal iqtisadi gündəliyi və strateji çətinlikləri müzakirə etmək üçün bir fürsət yaradır.
Xatırladaq ki, sammit 2025-ci ildə Yohannesburqda keçirilmişdi.
















