Ukrayna Prezidenti Vladimir Zelenski NATO sammiti ilə bağlı planlarını Ankarada açıqladı.
1xeber.media xəbər verir ki, o, bunu Telegram kanalında yazıb.
"Güclü və məhsuldar NATO sammiti gözləyirik. İndi ehtiyacımız olan şey xalqımız üçün daha çox qorunma, müdafiəmiz üçün daha böyük imkanlar və Ukrayna, Avropa və Amerika arasında daha güclü əməkdaşlıq təmin edəcək qərarlardır", - deyə Zelenski yazıb.
Onun sözlərinə görə, sammitdə ittifaq liderləri ilə təxminən iyirmi ikitərəfli görüş və yeni dron müqavilələrinin imzalanması olacaq.
Əvvəllər Zelenskinin NATO sammiti zamanı ABŞ Prezidenti Donald Trampla danışıqlarına nikbin yanaşdığı bildirilirdi.
















