İyulun 10-dan etibarən Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon qoşulacaq. Biletlər bu gündən satışa verilib.
1xeber.media xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda bu istiqamət üzrə biletlər mövcuddur və 5500-dək bilet satışa çıxarılıb.
“Müraciətlərin sayı çox olduğundan müəyyən ləngimələr baş verir, ancaq nəzarət altındadır və hər hansı çətinlik yoxdur”, - deyə departament rəisi qeyd edib.
Azər Fərəcov deyib ki, hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.
















