Allah sənə rəhmət etsin Əbülfəz bəy! (sabiq prezident Əbülfəz Elçibəyi nəzərdə tutur-red) Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, istədikləri böhtanı atırlar, istədikləri təhqiri yazırlar, əllərinə odlu silah düşən kimi də güllələyirlər.
1xeber.media-nın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
F.Mustafanın sözlərinə görə, irançısı, cəbhəçisi, yurdçusu, qurdçusu demək olar ki, dünyagörüşcə eyni səngərə yığışıblar: “Unudurlar ki, millətin aydınlıq gələcəyi üçün işıqlı insanlarımızla birlikdə bu yolda yürüyüşümüzü əngəlləmək mümkün deyil!”















