Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb.
1xeber.media APA-ya istinadla xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub.
Həmin şəxsin xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Qeyd edək ki, hadisə dünən gecə saatlarında "Həzi Aslanov" metrostansiyasının yaxınlığındakı binalardan birində baş verib.

















