Pakistanın Baş naziri Şahbaz Şərif Qırğızıstana rəsmi səfər edib.
1xeber.media xəbər verir ki, onu Manas Beynəlxalq Hava Limanında Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımalıyev qarşılayıb.
Qonağa VI Dünya Köçəri Oyunlarının rəsmi maskotu olan qar bəbirinin oyuncağı hədiyyə edilib.
Şahbaz Şərif ŞƏT Dövlət Başçıları Şurasının iclasında, ŞƏT Plus formatında yüksək səviyyəli görüşdə və Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində ikitərəfli danışıqların aparılması və sənədlərin imzalanması da planlaşdırılır.















