Avropa İttifaqı Ukraynanın maliyyə ehtiyaclarının böyük olmasına baxmayaraq, Kiyevə nəzərdə tutulan 90 milyard avroluq kreditin ödənilməsini sürətləndirməyi planlaşdırmır.
1xeber.media xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.
Onun sözlərinə görə, Aİ Ukraynanın ciddi maliyyə ehtiyaclarını tam anlayır, lakin hazırda artıq kifayət qədər iddialı hesab edilən maliyyələşdirmə planına diqqət yetirir.
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, 90 milyard avroluq kredit ilkin planlaşdırıldığı kimi iki il ərzində Ukraynaya təqdim olunacaq.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Aİ-dən 2027-ci il üçün nəzərdə tutulan kredit maliyyələşməsindən 10 milyard dolların vaxtından əvvəl Kiyevə ayrılmasını istəyib.
















