Avrozonada avqust ayı üzrə illik inflyasiyanın ilkin hesablamalara görə 3,3 faizə çatacağı gözlənilir.
1xeber.media xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsi – Eurostat məlumat yayıb.
İyul ayında avrozonada inflyasiya 2,9 faiz təşkil edib. 2025-ci ilin avqustunda bu göstərici 2 faiz, 2024-cü ilin avqustunda isə 2,2 faiz olub.
Avqust ayında qiymət artımında əsas pay enerji sektorunun üzərinə düşüb. Enerji qiymətləri illik ifadədə 14,3 faiz bahalaşıb. İyulda bu göstərici 10,3 faiz təşkil edib.
Avrozonanın aparıcı iqtisadiyyatlarından Almaniyada da inflyasiya sürətlənərək 2,9 faizə yüksəlib. İyulda bu göstərici 2,8 faiz olub.
Mütəxəssislər avrozonada inflyasiyanın Avropa Mərkəzi Bankının 2 faizlik hədəfindən uzun müddət yuxarı qala biləcəyini istisna etmirlər.
















