Moskvanın Domodedovo hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.
1xeber.media xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) məlumatına görə, hava limanında təyyarələrin qəbulu və yola salınmasına məhdudiyyətlər saat 08:52-dən tətbiq edilib. Qərarın uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə verildiyi bildirilib.
Moskvanın Şeremetyevo hava limanında isə uçuşlar müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilir. Sərnişinlərə reyslərin cədvəlində dəyişikliklər ola biləcəyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Moskva meri Sergey Sobyanin daha əvvəl şəhər üzərində 10 Ukrayna PUA-sının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

















