İjevsk və Kirov hava limanlarında təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
1xeber.media xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün İjevsk (ICAO kodu: USII); Kirov (Pobedilovo; USKK) hava limanlarında onların qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.
Bundan əvvəl Tatarıstan Respublikasının Nijnekamsk hava limanında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq məhdudlaşdırılıb. Əvvəllər oxşar məhdudiyyətlər Moskvanın dörd hava limanında tətbiq edilib: Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo.