1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kanadada qış üçün hazırlanan yeni dəstək paketinin müzakirə ediləcəyini açıqlayıb.
Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzuları enerji sektoru və qışa hazırlıqla yanaşı, hava hücumundan müdafiənin gücləndirilməsi olacaq.
“Bu, çox vacib hava hücumundan müdafiə yardım paketidir”, – Zelenski bildirib.
O qeyd edib ki, Kanada Ukraynanı çatışmazlığı hiss olunan hava hücumundan müdafiə sistemləri və həmin sistemlər üçün raketlərlə təmin edir. Reuters-in məlumatına görə, Kanada Kiyevə yeni hava hücumundan müdafiə dəstəyi ilə yanaşı, enerji sektoruna da yardım göstərəcəyini açıqlayıb.
Zelenski Kanadaya səfəri çərçivəsində Baş nazir Mark Karni ilə görüşüb. Görüşdə Ukraynanın qarşıdakı qışa hazırlığı və enerji infrastrukturunun qorunması da müzakirə olunub.















