1xeber.media xəbər verir ki, Avropa Komissiyası Ukraynaya hava hücumundan və raketlərdən müdafiə sistemləri, sursat, pilotsuz uçuş aparatları və radioelektron mübarizə vasitələrinin alınması üçün əlavə 6,1 milyard avro maliyyə ayırıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qərarı təsdiqləyib. O bildirib ki, ayrılan vəsait Kiyevə ehtiyac duyduğu hərbi texnika və sursatın alınmasına imkan verəcək.
Maliyyənin əsas hissəsinin hava və raket hücumlarından müdafiə vasitələri, döyüş sursatı, dronlar və radioelektron mübarizə sistemlərinin tədarükünə yönəldiləcəyi açıqlanıb.















