1xeber.media xəbər verir ki, Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinin dəvətini qəbul edib.
Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Putin Modini 24-cü Rusiya-Hindistan illik sammitində iştirak etmək üçün Rusiyaya dəvət edib. Hindistan hökumət başçısı dəvəti qəbul edib.
Sammitin keçiriləcəyi tarix diplomatik kanallar vasitəsilə, hər iki tərəf üçün uyğun vaxt nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Qeyd edək ki, Putin və Modi sentyabrın 11-də Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS+ sammiti çərçivəsində görüşüblər. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iki lider arasında formalaşmış etibarlı münasibətlərin Moskva üçün yüksək dəyər daşıdığını bildirib.















