Polşanın Krakov şəhərində Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.
"25–26 sentyabr 2026-cı il tarixlərində Krakovda vətəndaşların qəbulu keçiriləcək", - elanda bildirilib və qeyd olunub ki, konsulluq xidmətləri saat 10:00–13:00 və 14:00–17:00 aralığında nəzərdə tutulub.
Paylaşımda ön qeydiyyat linki də təqdim edilib.

















