Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək “Birliyin Gücü-2026” təliminə hazırlıq başa çatıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığı təlimə hazırlıq işlərini tamamlayıb.
Təlim çərçivəsində Türkiyə hərbçiləri sentyabrın 15-də Qars qarnizonundan Azərbaycandakı “Qızılqaya” və “Qarabağlar” təlim sahələrinə yola düşməyə başlayıblar.

















