1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə ərazinin təhlükəsizliyi məsələsində razılaşma əldə edildiyini açıqlayıb.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, əldə olunan razılaşma Vaşinqtona Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı məsələlərlə uzunmüddətli əsasda məşğul olmaq imkanı verəcək.
ABŞ Prezidenti bildirib ki, hazırda Kopenhagenin razılaşmaların müddətsiz xarakter daşımasına dair zəmanət verməsi üzərində iş aparılır.
Trampın açıqlamasına görə, razılaşmanın rəsmiləşdirilməsi üçün sənəd BMT Baş Assambleyasının sessiyası çərçivəsində imzalanmalıdır.

















