1xeber.media xəbər verir ki, “Azərenerji” ASC mövcud 1C proqram təminatının yenilənməsi xidmətlərinin satınalınması ilə bağlı “ATL Tech” MMC ilə müqavilə imzalayıb.
Müqavilənin ümumi dəyəri 1 milyon 792 min 594 manat təşkil edir.
Məlumata görə, “ATL Tech” MMC-nin qanuni təmsilçisi Rəşad Mirzəyevdir. O, fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğludur.
#azerenerji #atltech
















